Tramp söz verib, Krımın qaytarılmasına kömək edəcək

 Tramp söz verib, Krımın qaytarılmasına kömək edəcək
  26 Sentyabr 2019    Oxunub:2814
ABŞ prezidenti Donald Tramp Krımın Ukraynaya geri qaytarılmasına kömək edəcəyinə söz verib.

Azvision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib. O bildirib ki, Tramp bununla bağlı vəd verib.
"Mənə elə gəlir və bunu eşitdim ki, o, Krımın doğma diyarımız olması ilə razıdır və biz onu geri qaytaracağıq. O dedi ki, siz bununla bağlı çalışmalısınız və biz sizə kömək edəcəyik".

Ukrayna prezidenti görüşdə Trampa Krımın gözəlliyindən danışdığını bildirib və onu Kiyevə dəvət edib.

Qeyd edək ki, dövlət başçıları BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüblər. Tramp Zelenski ilə görüşü "fantastik" adlandırsa da, detalları açıqlamayıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ukrayna   ABŞ  





Xəbər lenti