“Real Madrid” liderliyə yüksəldi - VİDEO

“Real Madrid” liderliyə yüksəldi -  VİDEO
  26 Sentyabr 2019    Oxunub:2302
İspaniya La Liqasında altıncı turun növbəti oyunları keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan “Real Madrid” klubu öz meydanında “Osasuna”nı qəbul edib. Maraqlı anlarla yadda qalan görüş madridlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra Kral klubu 14 xalla turnir cədvəlində liderliyə yüksəlib. “Osasuna” isə 7 xalla 12-ci yerdə qərarlaşıb.



Azvision.az



Teqlər: La-Liqa   Real-Madrid  





Xəbər lenti