Koçaryanla bağlı Avropa Məhkəməsinə şikayət göndərildi

 Koçaryanla bağlı Avropa Məhkəməsinə şikayət göndərildi
  25 Sentyabr 2019    Oxunub:1502
Ermənistanın Kassasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın vəkillərinin şikayətini rədd edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, qarşı tərəf Kassasiya Məhkəməsindən Koçaryanın həbsi ilə bağlı Apelyasiya Məhkəməsinin qərarını ləğv etməsini tələb edib.

"Məhkəmənin rədd edəcəyini düşünərək, Avropa İnsan Haqları Məhkəməsinə əvvəlcədən şikayət göndərdik və şikayət məktubunda qeyd etdik ki, Ermənistandakı Kassasiya Məhkəməsi vətəndaşların hüquqlarını qorumaq üçün təsirli vasitə deyil"-, deyə sabiq prezidentin vəkili Hayk Alumyan bildirib.

Onun sözlərinə görə, Avropa məhkəməsinin yaxın vaxtlarda müvafiq qərar verəcəyinə ümid edirlər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Koçaryan  





Xəbər lenti