31 mindən çox insan ABŞ-a buraxılmadı

   31 mindən çox insan ABŞ-a buraxılmadı
  25 Sentyabr 2019    Oxunub:1910
ABŞ prezidenti Donald Trampın bir sıra ölkələrin vətəndaşlarına tətbiq etdiyi sanksiyalar nəticəsində 31 mindən çox insanın ABŞ-a girişinə icazə verilməyib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib. Konsulluq Məsələləri Bürosunun Viza xidmətləri katibinin köməkçisi Edvard Ramotovski deyib ki, 14 sentyabr tarixinə qədər 31.334 insanın ölkəyə daxil olmasından imtina edilib. Çərşənbə axşamı isə 7600-dən çox viza müraciətinə imtina cavabı verilib.

Departamentin fevral ayında açıqladığı məlumatlara əsasən, qadağanın ilk 11 ayı ərzində viza ilə bağlı müraciət edənlərin yalnız 5.9% -dən imtina edilib, digər 29% isə gözləmə mərhələsindədir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ABŞ   Tramp   Viza  





Xəbər lenti