“Barsa”dan qələbə, “Yuventus” lider oldu

“Barsa”dan qələbə, “Yuventus” lider oldu
  25 Sentyabr 2019    Oxunub:2440
İspaniya La Liqasında 6-cı tura start verilib.
Azvision.az xəbər verir ki, son çempion “Barselona” öz meydanında “Villyareal”ı qəbul edib. Maraqlı anlarla yadda qalan görüş Kataloniya təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu qələbə sayəsində xalların sayını 10-a çatdıran “Barselona” turnir cədvəlində 4-cü yerə yüksəlib.

İtaliya A Seriyasının 5-ci turu isə “Yuventus” - “Breşiya” oyunu ilə başlayıb. Matç “Yuventus”un 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla xalların sayını 13-ə çatdıran “Yuventus” turnir cədvəlində liderliyi ələ alıb. “Breşiya” isə 6 xalla 11-ci yerdə qərarlaşıb.

Azvision.az



Teqlər: Barselona   Yuventus  





Xəbər lenti