İlham Əliyev Soçidə Putinlə görüşəcək

İlham Əliyev Soçidə Putinlə görüşəcək
  24 Sentyabr 2019    Oxunub:8309
Azərbaycan Prezidenti İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun növbəti iclası olacaq və iclasda Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı II Abdullah, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev və Filippin Prezidenti Rodriqo Duterte iştirak edəcəklər.

Peskov əlavə edib ki, Rusiya prezidenti iclasda iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək.

Azvision.az



Teqlər: İlham-Əliyev   Putin   Soçi  





Xəbər lenti