Ermənistanda sabiq nazir intihar edib

 Ermənistanda sabiq nazir intihar edib
  24 Sentyabr 2019    Oxunub:1964
Ermənistanda keçmiş polis rəisi evində ölü tapılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, sabiq polis rəisi Hayk Harutyunyan başından aldığı güllə yarasından ölüb. Bu barədə polisə dünən axşam saat 23:50 radələrində məlumat daxil olub.

İstintaqın ilkin versiyasına görə, keçmiş rəisi intihar edib. Hadisə yerinə baxış zamanı odlu silah və giliz tapılıb. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Hayk Harutyunyan 1999-2003-cü illərdə Ermənistanın daxili işlər naziri vəzifəsində çalışıb. 2003-2008-ci illərdə polis rəisi və 2010-2014-cü illərdə cəzaçəkmə müəssisəsinə rəhbərlik edib. Onun adı 2008-ci il martın 1-də İrəvanda baş vermiş hadisələrlə bağlı açılmış cinayət işində hallanırdı.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Sui-qəsd  





Xəbər lenti