“Qarabağ” irəli, “Neftçi” geriyə doğru - Turun nəticələri (VİDEO)

   “Qarabağ” irəli, “Neftçi” geriyə doğru -    Turun nəticələri (VİDEO)
  24 Sentyabr 2019    Oxunub:2962
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Azvision.az xəbər verir ki, turun son görüşündə qələbə qazanan "Qarabağ" klubu liderliyini möhkəmləndirib. Hazırda 15 xala sahib olan Qurban Qurbanovun komandası çempionluq uğrunda inamla mübarizə aparır. "Neftçi" klubu isə 5 xalla 6-cı pillədə qərarlaşıb.


Premyer Liqada 5-ci turun nəticələri:

23 sentyabr (bazar ertəsi)



“Zirə” – “Qarabağ” - 1:3
Qollar: Maqaye Qeye, 12 (0:1), Xayme Romero, 42 (0:2), Anastasios Papazoqlu, 44-avtoqol (0:3), Xulio Sezar Rodriqes, 88 (1:3)
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionu

22 sentyabr (bazar)



“Neftçi” – “Keşlə” - 0:0
Qırmızı vərəqə: Donald Gerye, 34-ikinci sarı vərəqə ("Neftçi)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bakcell Arena” stadionu

21 sentyabr (şənbə)



“Səbail” – “Qəbələ” - 1:1
Qollar: Rövlan Muradov, 17 (0:1), Mirabdulla Abbasov, 68 (1:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
“ASCO Arena” stadionu



“Sumqayıt” – “Sabah” - 1:0
Qol: Sərtan Taşqın, 34
Qırmızı vərəqə: Mehdi Şərifi, 77-ikinci sarı vərəqə ("Sumqayıt")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
“Kapital Bank Arena” stadionu

Premyer Liqanın bombardirləri:

İsmayıl İbrahimli ("Qarabağ") - 3 qol
Mehdi Şərifi ("Sumqayıt") - 3 qol
Lorenzo Frutos ("Keşlə") - 3 qol
Mirabdulla Abbasov ("Səbail") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 2 qol
Mahir Emreli ("Qarabağ") - 2 qol
Abdullah Zubir ("Qarabağ") - 2 qol
Maqaye Qeye ("Qarabağ") - 2 qol
Xulio Sezar Rodrigez ("Zirə") - 2 qol

Azvision.az


Teqlər: Premyer-Liqa   Qarabağ   Neftçi  





Xəbər lenti