Maduro Tramp qarşısında şərt qoydu

  23 Sentyabr 2019    Oxunub : 4495
Maduro Tramp qarşısında şərt qoydu
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinə qarşı siyasətini dəyişəcəyi təqdirdə onunla birbaşa danışıqlar aparmağa razı olacaq.
Azvision.az xəbər verir ki, Maduro bu barədə "Rusiya-24"ə müsahibəsində bildirib. ABŞ-ın yanaşmasının səhv olduğunu hesab edən Venesuela prezidenti irəli sürdüyü şərt qəbul olunarsa, Trampla görüşəcəyini söyləyib.

"Əgər ABŞ prezidenti Donald Tramp Barak Obamadan miras qalan Venesuelaya qarşı müharibə aparmaq kimi səhv siyasəti düzəltməyə qərar verərsə, biz danışıqlar prosesinə hazır olarıq. ABŞ və Venesuela hökmətləri arasında hörmətə əsaslanan münasibət yaratmağa çalışardıq".

Maduronun fikrincə, ABŞ rəhbərliyi Latın Amerikası və Karib hövzəsinə münasibətdə siyasətini dəyişdirməli, əməkdaşlıq yolu ilə getməlidir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Venesuela   NikolasMaduro