Bakıda keçirilən dünya çempionatı başa çatdı - VİDEO

  22 Sentyabr 2019    Oxunub : 929
Bakıda keçirilən dünya çempionatı başa çatdı - VİDEO
Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub.
Azvision.az xəbər verir ki, mərasimdə Azərbaycan, Ukrayna və Bolqarıstanın qrup hərəkətləri komandaları, həmçinin gimnastımız Veronika Qudis kompozisiyalarını təqdim ediblər.



Qeyd edək ki, “Nağıllar gerçəkləşəcək” devizi altında təşkil olunan dünya çempionatında 61 ölkədən 300-dən artıq gimnast iştirak edib. Gimnastlar çempionatda 9 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan gimnastı Z.Ağamirova və qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında “Tokio 2020” vəsiqə qazanıblar.

Azvision.az

Teqlər: Gimnastika