5 idmançımız Tokio olimpiadasına lisenziya qazanıb

  21 Sentyabr 2019    Oxunub : 854
5 idmançımız Tokio olimpiadasına lisenziya qazanıb
Azərbaycan 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb.
Azvision.az xəbər verir ki, sentyabrın 21-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında çıxış edən sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) ölkəmizin aktivinə beşinci lisenziyanı yazdırıb.

Bundan əvvəl atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, qadın güləşçi Mariya Stadnik (50 kq) və bədii gimnast Zöhrə Ağamirova Olimpiadaya vəsiqəni təmin ediblər.

Qeyd edək ki, “Tokio 2020” gələn ilin avqustun 24-dən avqustun 9-dək keçiriləcək.

Azvision.az

Teqlər: Olimpiada