U-17 millimiz Belarusa məğlub oldu

  21 Sentyabr 2019    Oxunub : 626
U-17 millimiz Belarusa məğlub oldu
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyun Belarus yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Belarus millisi 4:1 hesablı qələbə qazanıb.

Azvision.az

Teqlər: Belarus   Milli   AFFA