Koçaryan məhkəmədən şikayətçidir

Koçaryan məhkəmədən şikayətçidir
  20 Sentyabr 2019    Oxunub:1926
Ermənistanın sabiq prezidenti Robert Koçaryan birinci instansiya məhkəməsinin həbs qərarından apellyasiya şikayəti verib.
Azvision.az xəbər verir ki, bu barədə hüquqşünaslar qrupunun mətbuat katibi Elina Saakyan bildirib.

Qeyd edək ki, sentyabrın 17-də hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən məhkəmə prosesində eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarılıb.

Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Koçaryan  





Xəbər lenti