Ermənistanda etiraz aksiyası - Nazirin istefası tələb olunur

Ermənistanda etiraz aksiyası -  Nazirin istefası tələb olunur
  20 Sentyabr 2019    Oxunub:2130
Ermənistanın kurort şəhəri olan Cermukda yerli sakinlər etiraz aksiyaları keçirir.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Amulsar qızıl mədəninin istismarına etiraz edən vətəndaşlar küçələrə axışıblar. Onların arasında məktəbli və yeniyetmələr də var.
"Biz ölkəmizin sahibiyik", "Amulsar ancaq dağdır", "Amulsar mədənsız qalıb" kimi şüarlar səsləndirən nümayişçilər etiraz aksiyalarını İrəvanda davam etdirməyi planlaşdırırlar.

Qnedevaz kəndinin sakinləri də aksiyaya qoşulub. Onlar bildirirlər ki, hökumət problemi həll etməyənədək aksiyanı dayandırmayacaqlar.

Ekoloqlar və yerli sakinlər mədənin istismarının bölgənin ekologiyasına mənfi təsir göstərəcəyindən qorxurlar. Vətəndaşlar hesab edirlər ki, problemlə bağlı Baş nazirə yanlış məlumat verilib. Bu səbəbdən ekologiya nazirinin istefası tələb olunub.

Paşinyan isə bundan əvvəl bildirmişdi ki, hazırda Amulsar yatağına qadağa qoymaq üçün heç bir qanuni əsas yoxdur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti