“Qarabağ” “Sevilya”ya uduzdu - 3 cavabsız qol (Yenilənib)

  “Qarabağ” “Sevilya”ya uduzdu -  3 cavabsız qol (Yenilənib)
  20 Sentyabr 2019    Oxunub:6413
UEFA Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, A qrupunda ölkəmizi təmsil edən “Qarabağ” komandası İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü ukraynalı hakimlər briqadası idarə edib.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb.

62-ci dəqiqədə “Sevilya”nın futbolçusu Çiçarito cərimə zərbəsindən hesabı açıb. Oyunun 78-ci dəqiqəsində qonaqlar yenidən fərqləniblər. Haddadi komandasının ikinci qoluna imza atıb. İspaniya La Liqasının hazırki lideri sayca üçüncü qolu “Qarabağ”ın qapısından keçirməyi bacarıb. Beləliklə, qarşılaşma ispanların 0:3 hesablı üstünlüyü ilə yekunlaşıb.

Azvision.az



Teqlər: Qarabağ   Sevilya  





Xəbər lenti