Hacı Əliyevlə Mahir Əmiraslanov bürünc qazana bilər

Hacı Əliyevlə Mahir Əmiraslanov bürünc qazana bilər
  19 Sentyabr 2019    Oxunub:2203
Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında təsəlliverici görüşlərdə iştirak edəcək.
Azvision.az xəbər verir ki, güləşçimiz Mahir Əmiraslanov (57 kq) dünya çempionatına qələbə ilə başlayıb. Qırğızıstan təmsilçisi Ulukbek Joldoşbekovu məğlub edən təmsilçimiz onaltıdabir finalda rusiyalı Zaur Uquevə uduzub.

Üçqat dünya çempionumuz Hacı Əliyev (65 kq) isə ilk görüşündə digər Rusiya güləşçisi Hacımurad Rəşidova məğlub olub. Rusiyalı güləşçilərin dünya çempionatının finalına vəsiqə qazandıqları üçün idmançılarımız təsəlliverici görüşdə iştirak hüququ qazanıblar.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti