“İran hərbi qarşıdurmaya girmək istəmir” - Zərif

“İran hərbi qarşıdurmaya girmək istəmir” -  Zərif
  19 Sentyabr 2019    Oxunub:2154
"Ər-Riyad və Vaşinqtonun İrana hücumu genişmiqyaslı müharibəyə səbəb olacaq".
Azvision.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Hərbi qarşıdurmaya girmək istəməməyimizlə bağlı çox ciddi bir bəyanat verirəm", - deyən Zərif bildirib ki, İranın cavabı çox sayda qurbanların verilməsinə səbəb ola bilər. Ancaq İran tərəfi tərəddüd etmədən ölkəni müdafiə edəcək.

Qeyd edək ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus iki fabrikə 10 pilotsuz uçuş aparatı hücum edib. Hücuma görə məsuliyyəti "Ənsar Allah" hərəkatından olan husi qiyamçıları öz üzərinə götürüb.

ABŞ dövlət katibi Mayk Pompeo hücumlarda Tehranı ittiham edərək bildirib ki, ölkəsi İranın "təhdid edici
davranışına" dözməyəcək. İran XİN-i isə bu açıqlamaları əsassız adlandırıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   XİN  





Xəbər lenti