ABŞ-ın müdafiə naziri ukraynalı həmkarını tərifləyib

ABŞ-ın müdafiə naziri ukraynalı həmkarını tərifləyib
  19 Sentyabr 2019    Oxunub:1450
ABŞ-ın müdafiə naziri Mark Esper ukraynalı həmkarı Andrey Zaqorodnyuku tərifləyib.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pentaqonun rəhbəri Mark Esper telefon danışığında Ukraynanın Müdafiə naziri Andrey Zaqorodnyuku islahatlara və korrupsiyaya qarşı mübarizəyə görə alqışlayıb.

"ABŞ və Ukrayna müdafiə nazirləri arasında məhsuldar bir telefon danışığı oldu. Onun fikrincə, müdafiə və antikorrupsiya sahsində islahatlara sadiqlik ruhlandırıcıdır".

Bundan əvvəl Zaqorodnyuk müdafiə sahəsində islahat aparacağını və NATO standartlarına uyğunlaşdıracağını vəd etmişdi. O, həmçinin orduda korrupsiyaya qarşı mübarizə ilə məşğul olmağın vacibliyini qeyd etmişdi.

Şahanə Rəhimli


Teqlər: Ukrayna  





Xəbər lenti