Ermənistanın XİN və müdafiə nazirləri istefaya göndərilir

Ermənistanın XİN və müdafiə nazirləri istefaya göndərilir
  19 Sentyabr 2019    Oxunub:2135
Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.

Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Bildirilir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan, xarici işlər naziri Zöhrab Mnasakanyan, müdafiə naziri David Tonoyan, fövqəladə hallar naziri Feliks Çolakyan və ekologiya naziri Erik Qriqoryan tezliklə istefa verəcək.
Həmçinin Ermənistanın maliyyə naziri, iqtisadiyyat naziri və dövlət gəlirləri üzrə komitənin rəhbərinin işdən çıxarılacağı barədə məlumatlar yayılıb.

Qəzet yazır ki, Baş nazir Nikol Paşinyan ABŞ-dan qayıtdıqdan sonra səhiyyə naziri Arsen Torosyanı, əmək və sosial məsələlər üzrə nazir Zauri Batoyanın vəzifədən azad etməyi düşünür.

Ermənistan parlamentində də dəyişiklik gözlənilir. Parlamentin sədr müavini Lena Nazaryanın istefası qaçılmazdır. Bundan əlavə, deputat Mikael Zolyanın “Mənim addımım” fraksiyasını tərk edəcəyi deyilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   İstefa  





Xəbər lenti