Ermənistanda keçmiş rəis həbs olunub

Ermənistanda keçmiş rəis həbs olunub
  19 Sentyabr 2019    Oxunub:1594
Ermənistanın Vanadzor həbsxanasının sabiq rəhbəri saxlanılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidməti rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarında şübhəli bilinən sabiq rəis A.A-nı həbs edib.

Bildirilir ki, o, Vanadzor həbsxanasının rəhbəri olarkən məhkumlardan birindən külli miqdarda rüşvət tələb edib və bunun qarşılığında onun qanun pozuntularına yol verməsinə göz yumub. Hazırda həmin şəxsin digər qeyri-qanuni əməlləri ilə bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan   Türmə   Həbs  





Xəbər lenti