Əfqanıstanda ölənlərin sayı 20 nəfərə çatdı - VİDEO+FOTOLAR (Yenilənib)

  19 Sentyabr 2019    Oxunub : 1936
 Əfqanıstanda ölənlərin sayı 20 nəfərə çatdı - VİDEO+FOTOLAR (Yenilənib)
Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat bölgəsində dövlət xəstəxanasının qarşısında törədilən terror aktı zamanı ölənlərin sayı artıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı maddə ilə dolu olan avtomobilin partladılması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Terror aktında 95 nəfər yaralanıb.




***
Əfqanıstanın cənubunda yerləşən Zabul əyalətinin Kalat bölgəsində dövlət xəstəxanasının qarşısında terror aktı törədilib. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı maddə ilə dolu olan avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb. Ölənlər xəstə, həkim və yerli sakinlərdir.



Xəstəxananın binası ciddi zədənləndiyi üçün xəstələr özəl klinikalara köçürülür. Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Taliban” partlayışların törədilməsini ölkədə sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığını açıqlayıb.





İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Əfqanıstan   Terror