Pompeodan etiraf: “Patriot” həmişə hədəfləri tutmur

  Pompeodan etiraf:  “Patriot” həmişə hədəfləri tutmur
  19 Sentyabr 2019    Oxunub:2085
ABŞ-ın dövlət katibi Mayk Pompeo hava hücumundan müdafiə sistemlərinin həmişə arzuolunan nəticəni göstərmədiyini etiraf edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə amerikalı diplomat Ciddədə jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Nə üçün Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemi olan Səudiyyə Ərəbistan ordusu neft infrastrukturuna dronlarla edilən hücumun qarşısını ala bilmədi” sualına ABŞ rəsmisi belə cavab verib: “Bəzən dünyada hava hücumundan müdafiə sistemləri bir-birinə zidd nəticə göstərir, hətta ən yaxşıları da həmişə (hədəfləri) tutmur. Bu cür hücumların artıq uğurlu olmadığını təmin etmək üçün çalışacağıq”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Al Səudla görüşüb. Görüşdə Səudiyyə Ərəbistanının neft infrastrukturuna edilən hücumlar müzakirə edilib. Diplomat əlavə edib ki, Amerika tərəfi Səudiyyə Ərəbistanının özünümüdafiə hüququnu dəstəkləyir.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Pompeo   Patriot  





Xəbər lenti