“Qalatasaray”ın səfər oyunu qolsuz bitdi

“Qalatasaray”ın səfər oyunu qolsuz bitdi
  19 Sentyabr 2019    Oxunub:2477
Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun son oyunları keçirilir.
Azvision.az xəbər verir ki, A qrupunda yer alan Türkiyənin "Qalatasaray" klubu səfərdə "Brügge"nin qonağı olub. Maraqlı anlarla yadda qalan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, bu gün Çempionlar Liqasında qrup mərhələsinin 1-ci turunun son 8 oyunu nəzərdə tutulub. İkinci matç günündə A, B, C, D qrupunun görüşləri baş tutacaq.

Azvision.az



Teqlər: Qalatasaray  





Xəbər lenti