KİV: NATO və ABŞ Rusiya ilə müharibəyə hazırlaşır

  KİV: NATO və ABŞ Rusiya ilə müharibəyə hazırlaşır
  18 Sentyabr 2019    Oxunub:2497
Almaniya və NATO-ya üzv ölkələr qoşunlarını Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlayırlar. Azvision.az xəbər vəbər verir ki, bu barədə “Junge Welt” saytı məlumat yayıb.
Nəşr bildirib ki, Müstərək Dəstək və Fəallıq Komandirliyinin Almaniyanın Ulm şəhərində yerləşdirilməsi prosesi 2021-ci ilə qədər tam yekunlaşacaq. Məlumdur ki, mərkəz NATO-nun qoşun və texnikalarını Avropada yerləşdirilməsinə cavabdeh olacaq.

Bundan əlavə, oktyabrın ortalarında rəsmi Vaşinqton Avropaya təxminən 3,5 min əsgər və 2 mindən çox texnika göndərmək niyyətindədir. Amerika ordusuna Norfolkdakı komandanlıq mərkəzi nəzarət edəcək.

Eyni zamanda qeyd olunur ki, Avropanın yol infrastrukturu ABŞ-ın ağır hərbi texnikasını qəbul etmək iqtidarında deyil.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ   Rusiya   NATO  





Xəbər lenti