Qasparyana qarşı yeni ittihamlar irəli sürüldü

  18 Sentyabr 2019    Oxunub : 1274
Qasparyana qarşı yeni ittihamlar irəli sürüldü
Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qasparyan, həmçinin ölkə büdcəsinə külli miqdarda ziyan vurmaqda günahlandırılır. Bu barədə Ermənistan İstintaq Komitəsinin hesabatında məlumat yer alıb.

Bildirilir ki, o, 2010-cu ildə hərbi polis rəisi işləyəndə və daha sonra müdafiə nazirinin müavini olanda 3 hərbi polisin işə gəlmədən maaş almasından xəbərdar olub. Ancaq bunun qarşısını almaq üçün tədbir görməyib.

İstintaq Komitəsi onların hər üçünün keçmiş prezident Serj Sarkisyanın qardaşları ilə işlədiyini müəyyən edib. Belə ki, həmin şəxslərdən biri Levon Sarkisyanın sürücüsü, digər ikisi isə Aleksandr Sarkisyanın cangüdəni olub.

Qasparyanın müdafiə nazirinin müavini işlədiyi vaxtda vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıldığını nəzərə alsaq, onunla bağlı iş Xüsusi İstintaq Xidmətinə göndəriləcək.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ermənistan   Polis