Qarabağ separatçılarının başçısı istintaqa çağırılıb

  Qarabağ separatçılarının başçısı istintaqa çağırılıb
  18 Sentyabr 2019    Oxunub:2243
Ermənistan Xüsusi İstintaq Komitəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin başçısı Bako Saakyanı 2008-ci il martında İrəvanada baş verən hadisələrlə bağlı ifadə vermək üçün istintaqa çağırıb.
Azvision.az “Rusarminfo”ya istinadən xəbər verir ki, bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Bako Saakyanla yanaşı general-mayor Samvel Karapapetyan da istintaqa ifadə vermək üçün çağrılıb.

Xatırladaq ki, Ermənistanda 2008-ci ilin martın 1-də keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işinin materialları 76 cilddən ibarətdir. 76 cildlik cinayət işi materialları Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazirin müavini Armen Qevorkyan və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturova qarşı aparılan və artıq başa çatan istintaq prosesi nəticəsində yığılıb.

Koçaryan, Ohanyan və Xaçaturov 2008-ci ilin mart hadisələrində və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdində ittiham olunurlar. Armen Qevorkyan isə külli miqdarda rüşvət almaqda, çirkli pulların yuyulmasında, konstitusiya quruluşunu devirmək cəhdində iştirakda və 1 mart hadisələrilə bağlı ədalət mühakiməsinə əngəl törətməkdə ittiham edilir.

Şəhanə Rəhimova
Azvision.az


Teqlər: Qarabağ   Ermənistan  





Xəbər lenti