Putinlə Zelenskinin görüş vaxtı açıqlandı

Putinlə Zelenskinin görüş vaxtı açıqlandı
  18 Sentyabr 2019    Oxunub:2090
Rusiya prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında keçiriləcək ilk görüşün vaxtı məlum olub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentlərin görüşü oktyabr ayına planlaşdırılır.

Məlumata görə, iki ölkə rəhbərinin görüşü sentyabrın 17-də Belarusun paytaxtı Minskdə əlaqə qrupunun görüşünün nəticələrindən asılı olacaq. Belə ki, həmin iclas zamanı Donbas regionunda münaqişə tərəflərinin hərbi güclərinin geri çəkilməsinin razılaşdırılması, həmçinin "Ştaynmayer formulu"nun təsdiqi və imzalanması gözlənilir.

Qeyd olunan məsələlər baş tutacağı təqdirdə Rusiya və Ukrayna liderlərinin oktyabrda "Normand dördlüyü" sammiti çərçivəsində görüş ehtimalı real olacaq.

Azvision.az




Teqlər: Putin   Zelenski  





Xəbər lenti