Putin İsrailə səfər edəcəyini təsdiqlədi

Putin İsrailə səfər edəcəyini təsdiqlədi
  17 Sentyabr 2019    Oxunub:1687
Rusiya prezidenti Vladimir Putin 2020-ci ilin yanvar ayında İsrailə səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Putin özü açıqlamasında deyib. Rusiya lideri bildirib ki, İsrailə getmək və Qüdsdə Leninqrad mühasirəsi qurbanlarının xatirəsinə abidə açmaq niyyətindədir.

Putin, həmçinin vurğulayıb ki, antisemitizm və ksenofobiyanın artmasının, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının qarşısı alınmalıdır.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Putin   İsrail   Rusiya   Səfər  





Xəbər lenti