Koçaryan azadlığa buraxılmadı - Məhkəmə qərarı

 Koçaryan azadlığa buraxılmadı -  Məhkəmə qərarı
  17 Sentyabr 2019    Oxunub:2016
Ermənistanda hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən məhkəmə prosesində eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar çıxarılıb.
Azvision.az xəbər verir ki, müvafiq qərar bu gün birinci instansiya məhkəməsi tərəfindən qəbul edilib.

"Məhkəmə həbsdən dərhal azad edilməsi barədə ərizəni rədd etmək qərarına gəldi. Qərardan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər", - deyə Anna Danibekyan bildirib.

Xatırladaq ki, eks-prezident Robert Koçaryan 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın konstitusiya quruluşunu devirməkdə təqsirli bilinir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Koçaryan   Ermənistan   Həbs  





Xəbər lenti