80 yaşlı kişi dostunu bıçaqladı - Qocalar evində cinayət

80 yaşlı kişi dostunu bıçaqladı -  Qocalar evində cinayət
  17 Sentyabr 2019    Oxunub:2024
Türkiyədə qocalar evində bıçaqlanma olub.
Azvision.az xəbər verir ki, hadisə Aydın bölgəsində baş verib. Qocalar evinin 80 yaşlı sakini Qalip Özer dostu, 66 yaşlı Əhməd Bülent Canbayı bıçaqlayıb.

Ağır yaralanan Canbay xəstəxanaya aparılıb, Özer isə polis tərəfindən saxlanılıb. Cinayətin baş vermə səbəbi bəlli deyil. Qarnından və qolundan iki bıçaq zərbəsi alan 66 yaşlı sakinin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Bıçaqlanma  





Xəbər lenti