Paşinyan Sarkisyanı həbslə hədələdi: “Ədalətdən qaça bilməz”

 Paşinyan Sarkisyanı həbslə hədələdi:  “Ədalətdən qaça bilməz”
  16 Sentyabr 2019    Oxunub:2124
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş səfir və sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanı vətənə qayıtmağa və Xüsusi İstintaq Xidmətinin suallarını cavablandırmağa çağırıb.
Azvision.az -ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Paşinyan bildirib ki, Serj Sarkisyan və kürəkəni Mikael Minasyan özlərini siyasi səbəblərə görə təqib olunan vətəndaş kimi göstərə bilməyəcəklər.

Bundan əvvəl isə Minasyan demişdi ki, qaynatası həbs oluna bilər. Onun fikrincə, bu, ölkənin hazırkı hakimiyyətinin ittiham və həbslərə əsaslanan məntiqidir. Eyni zamanda Minasyan özünün nəzarətə alınacağını da istisna etməyib.

Qeyd edib ki, yeni hökumətin yaranmasının ilk günlərindən onunla və yaxınları ilə əlaqəli olan bütün şirkətlərdə yoxlamalar başlanıb.

"Güman ki, Minasyan strateji obyektin özəlləşdirilməsinə dair cinayət işində istintaqın təqsirləndirilən şəxs qismində cəlb oluna biləcəyi mərhələsinə çatdığı barədə məlumat alıb, özünü və Sarkisyanı siyasi səbəblərə görə təqib olunan şəxslər kimi göstərmək qərarına gəlib. Heç kim ədalətdən qaça bilməz. Korrupsiyalaşmış bir sistemin bütün nümayəndələri dəmir barmaqlıqlar arxasında olacaq",- deyə Paşinyan vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti