Ermənistanda MTX rəisi istefaya göndərildi

  16 Sentyabr 2019    Oxunub : 1178
Ermənistanda MTX rəisi istefaya göndərildi
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəisini istefaya göndərib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Baş nazir MTX rəisi Artur Vanetsyanın vəzifədən kənarlaşdırılması ilə bağlı göstəriş verib. Paşinyan bu barədə jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.

"Vanetsyanın gələcək fəaliyyətinin bir neçə ssenarisini müzakirə etdik. O, hazırki məqamda fikrini Ermənistanın futbol üzrə yığmasını Avropa çempionatının finalında birinciliyə çıxarmaq üzərində cəmləşdirməlidir" .

Vanetsyanın işindən narazı olub-olmamaqla bağlı suala Paşinyan belə cavab verib: "Milli Təhlükəsizlik Xidmətinin rəhbərinin işi açıq müzakirə edilə bilən mövzu deyil".

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ermənistan