Türkmənistan prezidenti itlər barədə kitab yazdı

Türkmənistan prezidenti itlər barədə kitab yazdı
  16 Sentyabr 2019    Oxunub:2350
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov alabay cinsindən olan itlər haqqında kitab yazıb.
Azvision.az xəbər verir ki, "Türkmən Alabayı" adlı kitabda "Orta Asiya çoban iti" adlandırılan bu qədim cinsin ölkə mədəniyyətindəki rolundan bəhs edilib. Onun mənşəyi göstərilib. Alabay cinsi Berdiməhəmmədovun Ahal-Teke atları ilə birlikdə Türkmənistanın milli sərvəti hesab olunur.

"Alabay onu əhatə edən hər şeyi - sahibini, evi, qohumları və ən əsası uşaqları qürurla qoruyacaq", -deyə prezident bildirib.

Türkmənbaşı, həmçinin atlar, xalçalar, milli mətbəxin və dərman bitkilərinin xüsusiyyətləri barədə də kitab yazıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkmənistan  





Xəbər lenti