İrəvan yolunda ağır qəza: 3 erməni yanaraq öldü

İrəvan yolunda ağır qəza:  3 erməni yanaraq öldü
  16 Sentyabr 2019    Oxunub:1837
Ermənistanda İrəvan-Meğri avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını "BMW" ilə toqquşub.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, magistral yolda toqquşma "BMW"-nin yanmasına səbəb olub. Yanğın nəticəsində sürücü və avtomobildə olan iki sərnişin hadisə yerində həyatını itirib.

"KamAZ"ın sürücüsü və sərnişinlərdən biri isə xəstəxanaya çatdırlıb. Həkimlər onların vəziyyətini qənaətbəxş qiymətləndiriblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İrəvan   Qəza  





Xəbər lenti