Ruhani Trampla görüşməyəcək - İran XİN təkzib etdi

Ruhani Trampla görüşməyəcək -  İran XİN təkzib etdi
  16 Sentyabr 2019    Oxunub:1614
"İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyasının toplantısı çərçivəsində ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırmır".
Azvision.az -ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

"Mən bu məlumatı təsdiqləmirəm",- deyə Musəvi Ruhani ilə Tramp arasında görüşün ola bilməsi barədə sualı cavablandırıb.

Qeyd edək ki, ABŞ prezidentinin sentyabr ayının sonlarında BMT Baş Assambleyasının iclası çərçivəsində Ruhani ilə görüşəcəyi bildirilirdi.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Tramp   Ruhani  





Xəbər lenti