“Silahlarımız doludur, cavab gözləyirik” - Trampdan ərəblərə dəstək

“Silahlarımız doludur, cavab gözləyirik” -  Trampdan ərəblərə dəstək
  16 Sentyabr 2019    Oxunub:2195
ABŞ prezidenti Donald Tramp "Saudi Aramco" şirkətinə məxsus zavodların üsyançı Husilərə məxsus pilotsuz uçuş aparatları vasitəsilə partladılmasına dair “Twitter” hesabında yeni açıqlama yayıb.
Azvision.az xəbər verir ki, Tramp günahkarların kim olduğunu bildiklərini bəyan edib.

“Səudiyyə Ərəbistanındakı neft zavodlarına hücum olub. Günahkarı bildiyimizə inanmaq üçün səbəbimiz var. Təsdiqdən asılı olaraq hədəfə kilidlənmişik və silahlarımız doludur. Ancaq Krallıqdan bu hücumu təşkil edənlərin kim olduğunu eşitməyi gözləyirik. Cavaba görə hərəkət edəcəyik”. – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, zavodlara hücumdan sonra ABŞ-ın neft qiymətlərində dalğalanmanın olmaması üçün rezervlərdən “ehtiyaca görə” istifadə təlimatı verilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"ya məxsus iki zavoda ötən şənbə günü pilotsuz uçuş aparatları ilə silahlı hücum olub. Baş verənlərə görə məsuliyyəti üsyançı Husilər öz üzərinə götürüb. Onlar 10 pilotsuz uçuş aparatlı ilə hücumu həyata keçirdiklərini etiraf ediblər. Xarici ekspertlər hesab edirlər ki, zavodlara hücumda İranın da əli var.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Tramp   Səudiyyə   ABŞ  





Xəbər lenti