Almatıda qatar avtobusla toqquşub: Ölən və yaralılar var

Almatıda qatar avtobusla toqquşub:    Ölən və yaralılar var
  16 Sentyabr 2019    Oxunub:1999
Qazaxıstanın Almatı vilayətində qatar sərnişin avtobusu ilə toqquşub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki uşaq və bir qadın yaralanıb.

Məlumata görə, yerli vaxtla saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində keçinib. Qəza zamanı avtobusda 67 nəfər olub.

Azvision.az



Teqlər: Qazaxıstan   Qatar   Avtobus   Qəza  





Xəbər lenti