"Zirə" səfərdə "Sumqayıt"ı məğlub edib

"Zirə" səfərdə "Sumqayıt"ı məğlub edib
  15 Sentyabr 2019    Oxunub:2395
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turuna start verilib.
Azvision.az xəbər verir ki, turun açılış matçı "Kapital Bank Arena" stadionunda keçirilib. "Zirə" klubu "Sumqayıt" komandasının qonağı olub. Görüş Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra "Zirə” xallarının sayını 7-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. “Sumqayıt” isə 3 xalla 7-ci yerdədir.

Azvision.az



Teqlər: Zirə   Sumqayıt  





Xəbər lenti