Ukrayna qazla bağlı Rusiya ilə danışıqlara hazırdır

 Ukrayna qazla bağlı Rusiya ilə danışıqlara hazırdır
  14 Sentyabr 2019    Oxunub:1774
"Kiyev gələn həftəyə planlaşdırılan qaz nəqli ilə bağlı Rusiya ilə danışıqlara hazırdır".

Azvision.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Aleksey Qonçaruk deyib.
"Sentyabrın 19-da Brüsseldə Rusiya, Avropa Komissiyası və Ukrayna arasında Rusiya qazının Ukrayna vasitəsilə Avropa İttifaqına tranzitinin davam etdirilməsi ilə bağlı üçtərəfli məsləhətləşmələrin yeni mərhələsi həyata keçiriləcək".

Baş nazir həmçinin "Şimal axını-2" nin inşasını siyasi layihə adlandırıb: "Digər ölkələrin infrastruktur layihələri, xüsusən də siyasi məna ifadə edən belə infrastruktur layihələr Ukraynaya qarşı hibrid mübarizənin bir hissəsidir. Biz bütün riskləri başa düşürük, çox yaxşı məlumatlıyıq və buna hazırıq" .

Bununla yanaşı, Baş nazir qaz tranziti dayandırıldığı təqdirdə belə Ukraynada qışın sabit keçməsi ilə bağlı narahatlığa heç bir səbəb olmadığını deyib.

"Dövlət şirkətləri və hökumətin müvafiq bloklarına cavabdeh olan məmurlar növbəti qışa və bu danışıqlara hazırdırlar. Narahatlığa heç bir əsas yoxdur", - deyə baş nazir bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Kiyev  





Xəbər lenti