Ərəbistanda dünyanın ən böyük zavodlarından biri yanır

   Ərəbistanda dünyanın ən böyük zavodlarından biri yanır
  14 Sentyabr 2019    Oxunub:2390
Pilotsuz uçuş aparatlarından edilən bombalı hücum nəticəsində Səudiyyə Ərəbistanda iki neft emalı zavodunda yanğın baş verib. Azvision.az -ın məlumatına görə, bu barədə RİA "Novosti" yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd olunub ki, yanğınlar Abkayk bölgəsində və paytaxt Riyadın şərqində, Hurais bölgəsində yerləşən neft emalı zavodlarında qeydə alınıb. Hər iki zavod "Saudi Aramco" şirkətinə məxsusdur. Dammam şəhərindəki Abqaiq bölgəsində yerləşən neft emalı zavodu dünyanın ən böyük zavodlarından biridir.

Təhlükəsizlik xidmətləri yanğınların söndürülməsi üçün müvafiq işlər görürlər. Hal hazırda yanğınlar lokallaşdırılıb.

Məlumatda dronların Hutsi silahlı qruplaşması tərəfindən göndərildiyi qeyd olunur. Lakin bombalı hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Neft   Zavod   Yanğın  





Xəbər lenti