Tramp lampaların onu narıncı göstərməsindən şikayətlənib

Tramp lampaların onu narıncı göstərməsindən şikayətlənib
  14 Sentyabr 2019    Oxunub:1607
ABŞ Prezidenti Donald Tramp enerjiyə qənaət edən lampaların onu narıncı göstərməsindən şikayətlənib.
Azvision.az xəbər verir ki, bu barədə Vaşinqton Post qəzeti məlumat yayıb.

"Lampa. İnsanlar soruşurlar lampa ilə nə problem var? İndi problemin nədə olduğunu deyərəm. Birincisi istifadə etməyə məcbur olduğumuz bu lampanın pis işığı var. Mən həmişə narıncı görsənirəm. Siz də. İşıq həddindən artıq pisdir"- Tramp bu barədə Baltimordakı çıxışı zamanı bildirib.

Qeyd edək ki, Trampa Amerikada insanlar dərsinin narıncı rənginə görə " Prezident Çitos", "Mandarin tufan" kimi ləqəblər qoşurlar. Prezidentin özü isə dəfələrlə şikayət edib ki, dərisinin rəngi ekranda çox sarı görünür.

Peşəkar fotoqraflar və vizajistlər isə bildirilər ki, enerjiyə qənaət edən lampaların bununla heç bir əlaqəsi yoxdur. Trampın dərisi hətta ağ fonda belə narıncı görsənir. Onların sözlərinə görə, əgər işıq lapmaplarında problem olsaydı, bütün ağ əşyalar, Trampın dişləri, köynəyi narıncı görsənərdi.

Şahanə Rəhimli

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti