Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında - Yenilənib

 Daha bir güləşçimiz dünya çempionatının yarımfinalında -  Yenilənib
  14 Sentyabr 2019    Oxunub:3809
Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. Azvision.az xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizli rəqibi, monqolustanlı Davabandi Munx Erdendenyə 9:0 hesabı ilə qalib gəlib.
Azvision.az xəbər verir ki, 55 kq çəkidə yer alan Əzizli rəqibi monqolustanlı Davabandi Munx Erdendenyə 9:0 hesabı ilə qalib gəlib. Onun növbəti rəqibi qazaxıstanlı Xorlan Jakanşa olacaq

**
Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatı keçirilir. Azvision.az xəbər verir ki, yunan-Roma güləşçimiz Rafiq Hüseynov Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

82 kq çəkidə yer alan pəhləvanın rəqibi ukraynalı Yuri Şkryuba olub. Rəqibini 7:0 hesabı ilə məğlub edən Hüseynov növbəti mərhələyə keçib.

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli isə 1/8 finalda hindistanlı Manjet Manjetidən 8:0 hesabı ilə üstün olub.

***
Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Azvision.az xəbər verir ki, 72 kq çəkidə yer alan yunan-Roma güləşçimiz Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən idmançımız 1/8 finala yüksəlib.

O, bu mərhələdə gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gəlib. Rəqibini 9:5 hesabı ilə məğlub edən pəhləvanımız 1/4 finala çıxıb.

Azvision.az




Teqlər: Güləş   Qazaxıstan   Dünyaçempionatı  





Xəbər lenti