“Qarabağ”ın oyununa 10 min bilet satılıb

  14 Sentyabr 2019    Oxunub : 960
“Qarabağ”ın oyununa 10 min bilet satılıb
"Qarabağ" - "Sevilya" oyunu üçün bilet satışı davam edir.
Azvision.az xəbər verir ki, biletlərin satışa çıxarıldığı ilk gündə 10 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçı saat 20:55-də başlayacaq.

Azvision.az

Teqlər: Qarabağ   Sevilya   Avroliqa