Tramp Sisini "sevimli diktator" adlandırıb

 Tramp Sisini "sevimli diktator" adlandırıb
  14 Sentyabr 2019    Oxunub:2051
Avqustda "Böyük yeddilər"in (G7) Fransanın Biarrits şəhərində keçirilən sammitində ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah əs-Sisini "sevimli diktator" adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Wall Street Journal" nəşri şahidlərə istinadən xəbər verib.

Qeyd olunub ki, Tramp ucadan "Mənim sevimli diktatorum hanı?", - deyə soruşub. Nəşrin məlumatına görə, bu zaman otaqda amerikalı və misirli məmurlar olub. Şahidlərin bildirdiyinə görə, Tramp bunu zarafatcıl tərzdə desə də otaqda olanlar bu suala sakit durmaqla cavab veriblər.

Misir prezidentinin özünün Trampın replikasını eşidib-eşitmədiyi məlum deyil.

İlkin Nəcəfzadə
Azvision.az





Teqlər: Tramp   Misir  





Xəbər lenti