Kiyev əsirlərin dəyişdirilməsi üçün yeni siyahı hazırlayır

Kiyev əsirlərin dəyişdirilməsi üçün yeni siyahı hazırlayır
  13 Sentyabr 2019    Oxunub:2154
"Ukrayna Rusiyada saxlanılan vətəndaşların dəyişdirilməsinin yeni mərhələsi üçün siyahı hazırlayır".
Azvision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Valdimir Zelenski deyib.

"İndi biz digər siyahıları hazırlayırıq və dəyişdirilmənin yeni mərhələsini gözləyirik. Həm Minskdə, həm də Normand prosesində bu barədə razılığa gələcəyik" -, Ukrayna prezidenti bildirib.

Onun sözlərinə görə, Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Normand formatında görüşü gözlənilir.

"Görüşün sentyabrın sonunda baş tutacağına ümid edirik və Qərbdəki tərəfdaşlarımıza müraciət edirik. İnanıram ki, görüş mütləq baş tutacaq. Uzatmağın heç bir yeri yoxdur".

Qeyd edək ki, sentyabrın 7-də Rusiya və Ukrayna hər iki tərəfdən 35 nəfər olmaqla saxlanılan şəxsləri azad edib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Zelenski   Ukrayna  





Xəbər lenti