Üzgüçümüz dünya üçüncüsü oldu - VİDEO

Üzgüçümüz dünya üçüncüsü oldu -    VİDEO
  13 Sentyabr 2019    Oxunub:3042
Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov Dünya Çempionatında bürünc medal qazanıb.
Azvision.az -ın məlumatına görə, Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən yarışların 5-ci günündə idmançımız Brass üsulu ilə yarışıb. O 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

Beləliklə idmançımız lisenziya xalları toplayaraq "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına qatılma şanslarını artırıb.



Qeyd edək ki, 17 yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.

Xatırladaq ki, bundan əvvəl eyni yarışda milli komandamızın digər üzvü Roman Saleh çıxış edib. O belüstü yarışlarda 2-ci yeri qazanaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə yarışda isə 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Beləliklə Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandası "London 2019" para üzgüçülük üzrə Dünya Çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.

Azvision.az


Teqlər: Paralimpiya   Üzgüçü   Yığma  





Xəbər lenti