Rusiyaya qarşı sanksiyalar 6 ay uzadıldı

  12 Sentyabr 2019    Oxunub : 884
Rusiyaya qarşı sanksiyalar 6 ay uzadıldı
Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi fərdi sanksilayarın müddətini 6 ay uzadıb.
Azvision.az xəbər verir ki, Aİ bununla bağlı bəyanat yayıb.

"Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərlə bağlı fərdi sanksiyalar 2020-ci ilin martın 15-dək uzadılıb", - deyə məlumatda bildirilib.

Sanksiyalara əsasən, əmlakı dondurulan və səyahət qadağası tətbiq olunan insanların sayı 170-ə, şirkətlərin sayı 44-ə çatıb..

Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildən Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir.

Azvision.az

Teqlər: Rusiya     Sanksiya