Putinlə görüşə gedən Netanyahudan müharibə mesajı

 Putinlə görüşə gedən Netanyahudan müharibə mesajı
  12 Sentyabr 2019    Oxunub:2461
İsrail Qəzza zolağında hərbi əməliyyat keçirə bilər.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Soçi səfərindən öncə jurnalistlərə açıqlamasında bildirib. O, belə bir əməliyyatın hansı tarixdə reallaşacağını açıqlamayıb.

Baş nazirin Knesset seçkilərindən və yeni hökumət təşkil etdikdən sonra İsrail hakimiyyətini və suverenliyini İordan çayının üzərində və Ölü dənizin şimalında təmin etməsi ilə bağlı açıqlaması Fələstin-İsrail münasibətlərində vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşəcək. Liderlər bölgədəki problemləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəklər. Netanyahunun Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə də görüşü planlaşdırılır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İsrail   Netanyahu  





Xəbər lenti