Ermənistanda aprel döyüşçüləri dindirilir - Siyahıda Sarkisyan da var

Ermənistanda aprel döyüşçüləri dindirilir -  Siyahıda Sarkisyan da var
  12 Sentyabr 2019    Oxunub:3598
Ermənistanın parlament komissiyası 2016-cı il aprel döyüşləri zamanı baş verən hadisələri araşdırmaq məqsədi ilə hərbçiləri dindirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “Qraparak” (“Meydan”) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ilk növbədə əsas döyüşlərin baş verdiyi yerlərdə olan hərbi personal çağırılacaq. Bildirilir ki, dindiriləməyə adi əsgərlərlə yanaşı, zabitlər də dəvət olunublar.

Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavinləri artıq dindiriliblər. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq prezident Serj Sarkisyan da sorğu-sual ediləcək.

Qeyd edək ki, aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan tərəfində məğlubiyyətin səbəbini araşdırmaq üçün bu ilin may ayında parlament komissiyası yaradılıb.

Şahanə Rəhimli
Azvision.az




Teqlər: Ermənistan  





Xəbər lenti