Fransada iki nazir ölümlə hədələnir

  11 Sentyabr 2019    Oxunub : 1327
 Fransada iki nazir ölümlə hədələnir
Fransanın İqtisadiyyat naziri Bruno Le Mer? Dövlət Xidməti və Dövlət Büdcəsi naziri Jerald Darmanenə təhdid məktubları gəlib.
Azvision.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb. Kanalın mənbələrinə görə, təhdid məktubları hər iki nazirliyin yerləşdiyi binanın ünvanına göndərilib.

Onlardan birinin içində üç güllə olub. Digər məktubda İqtisadiyyat nazirinin anasının da yaşadığı evin partladılacağı ilə bağlı təhdid yazısı olub. Hazırda faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Fransa